"Çempionluq uğrunda yarışa bilərik” - Svanadze

"Çempionluq uğrunda yarışa bilərik” -  Svanadze
GÜNDƏM 24 Sentyabr 2016 / 18:50 2545
-  A +

"Oyun çətin keçdi. Demək olar ki, nəzarət bizim tərəfimizdə idi. Rəqib ilk hissədə heç nə ilə yadda qalmadı. İkinci hissədə qapımızda qol görsək də, qələbə qazandıq. Bundan sonra “Zirə” ilə oyuna hazırlaşacağıq".

Qol.az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın VI turundan sonra keçirilən mətbuat konfransında deyib.

- Klub rəhbərliyi dəfələrlə çempionq barədə düşünmədiklərini bildirib. “İnter”in qızıl medallar uğrunda yarışması üçün nə çatışmır?

- Hələ ki çempionat təzə başlayıb. Mövsümə uğurla start vermişik. Belə davam etsək, çempionluq uğrunda yarışa bilərik. Mövsüm uzundur. 2 aparıcı üzvümüz - Denis Silva və Adrian Skarlatake zədəlidir. Bu, bizim üçün ciddi itkidir. Hər şey qaydasında olsa, ilk “üçlük” uğrunda yarışmaq olar.

- Bu gün hücum xəttində Ağabala Ramazanov və Rauf Əliyevin tandemi əla alındı. Demək olar ki, Rauf Əliyev artıq tam formaya düşüb?

- Rauf bu cür çıxışını davam etdirsə, əminəm ki onu milliyə dəvət edəcəklər. Yığmanın baş məşqçisi də oyunları izləyir. Özü hər şeyi görür. İndi Rauf yaxşı çıxış edir. Oyununda irəliləyiş var.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı