Yenidən Rusiya Futbol İttifaqının prezidenti seçildi

Yenidən Rusiya Futbol İttifaqının prezidenti seçildi
GÜNDƏM 24 Sentyabr 2016 / 14:30 1986
-  A +

Bu gün Rusiya Futbol İttifaqında (RFİ) növbədənkənar prezident seçkiləri keçirilib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, ölkənin idman naziri Vitali Mutka RFİ-nin yeni prezidenti seçilib.

RFİ-nin  prezidenti vəzifəsinə namizədlər sırasında V.Mutka ilə yanaşı,  Rusiya yığmasının sabiq baş məşqçisi Valeri Qazzayev olub. Səsvermə nəticəsində idman naziri 266 səs (65 faiz), V.Qazzayev isə 142 səs (35 faiz) toplayıb.

Qeyd edək ki, Vitali Mutko ilk dəfə 2005 - 2009-cu illərdə RFİ-nin prezidenti vəzifəsində çalışıb. O, 2 sentyabr 2015-ci ildə yenidən bu vəzifəyə bir il müddətinə seçilib.

Daha çox


Son xəbərlər