"Meydana çıxıb topu mən tutmamalıyam" - "Boavişta"nın baş məşqçisi

"Meydana çıxıb topu mən tutmamalıyam" - "Boavişta"nın baş məşqçisi
GÜNDƏM 24 Sentyabr 2016 / 10:05 8533
-  A +

"Boavişta"nın baş məşqçisi Ervin Sançes komandanın azərbaycanlı qapıçısı Kamran Ağayevin "Portu" ilə Portuqaliya çempionatının VI tur matçında buraxdığı kobud səhvi şərh edib.

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, 46 yaşlı mütəxəssis istənilən səhvin qapılarına qol vurulması ilə nəticələnən mərhələdə olduqlarını bildirib.

O deyib ki, Ağayev şanssızcasına top buraxmasının üzüntüsünü yaşamaqla yanaşı, komandasının ən azı heç-heçəyə nail olmasına çalışıb:

"Amma meydana çıxıb topu mən tutmamalıyam. Öyrənməli və üzərində işləməli olduğumuz məsələlər var. Futbolçularımın dəyərli olduqlarına hələ də inanıram. Çünki biz uzun yolun başlanğıcındayıq".

Qeyd edək ki, "Portu"nun 3:1 hesabı ilə qalib gəldiyi matçda Kamran Ağayev "Boavişta"nın heyətində ilk oyununa çıxıb. O, 3-cü qolu kobud səhvi nəticəsində buraxıb. "Portu"nun futbolçusu Aleks Tellesin cinah asmasından sonra Kamran Ağayev topu əlində saxlaya bilməyib. Nəticədə top qapı dirəyinə dəyərək, tora daxil olub.

Daha çox


Son xəbərlər