Marselo ən azı 2 həftə oynamayacaq

Marselo ən azı 2 həftə oynamayacaq
XƏBƏR 24 Sentyabr 2016 / 01:54 2049
-  A +

Hazırda zədəli olan “Real”ın müdafiəçisi Marselo tibbi müayinədən keçib.

Qol.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, braziliyalı futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb. Sağ ayaq əzələsində problem olan Marselo ən azı 2 həftə yaşıl meydana çıxa bilməyəcək.

O, “Las Palmas”, Dortmund “Borussiya”sı və “Eybar”la görüşlərdə komandasına kömək etməyəcək. Böyük ehtimalla, Marselo oktyabrda Braziliya yığmasının heyətində də meydana çıxmayacaq.

Son xəbərlər