Mourinyo və Qvardiola kubokda da rəqib oldular

Mourinyo və Qvardiola kubokda da rəqib oldular
DÜNYA FUTBOLU 22 Sentyabr 2016 / 12:03 4302
-  A +

İngiltərə liqa kubokunda dördüncü turun cütlükləri müəyyənləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu turda "Mançester Yunayted" "Old Trafford" stadionunda "Mançester Siti"ni qəbul edəcək. Görüşün oktyabr ayının son həftəsində keçiriləcəyi gözlənilir.

Bu komandalar arasında İngiltərə Premyer Liqasının 4-cü turunun oyunda "Mançester Siti" 2:1 hesabı ilə qalib gəlib.

İngiltərə liqa kubokunda dördüncü turun cütlükləri aşağıda qeyd olunan kimidir:

"Vest Hem" - "Çelsi"
"Mançester Yunayted" - "Mançester Siti"
"Arsenal" - "Redinq"
"Liverpul" - "Tottenhem"
"Bristol Sili" - "Hall Siti"
"Lids Yunayted" - "Norviç"
"Nyukasl" - "Preston"
"Sauthempton" - "Sanderlend"


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord