“Stadionun ot örtüyünə mən nəzarət etsəydim...”

“Stadionun ot örtüyünə mən nəzarət etsəydim...”
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2016 / 18:02 5253
-  A +

Tofiq Bəhramov adına Respublika stadionunda stadionun son durumuna aydınlıq gətirilib.

Qol.az-ın xəbərinə görə, arenanın direktoru Şamil Quliyev bu gün jurnalistlərə açıqlamasında bu haqda danışıb.


- Hazırda stadionunun ot örtüyündə aparılan işlərə “Qəbələ” klubunun mütəxəssisi Filip Şarples nəzarət edir. Təbii ki, o, bu işə uzun müddət nəzarət edə bilməyəcək.

- Siz ot örtüyünə nəzarət üçün mütəxəssis hazırlayırsınızmı?

- Bəli. Şarples buraya gəldiyində özü bir nəfər də gətirmişdi. Hazırda birlikdə çalışırlar. Yəqin ki, o getdikdən sonra biz həmin mütəxəssislə müqavilə imzalayacağıq. O, azərbaycanlıdır və “Qəbələ” klubunda çalışır.

- Hər il “Tofiq Bəhramov”un ot örtüyü ilə bağlı problemlər olur. Bu, yəqin ki, ot örtüyünün altına olan qum qatı ilə bağlıdır. Ümumiyyətlə, ot örtüyünün alt qatlarını dəyişməyi düşünürsünüzmü?

- Mənim fikrimcə, qum qatının altında mütləq müəyyən qədər torpaq və torf qatı olmalıdır. Əgər ot örtüyünə mən nəzarət etsəydim dediyim kimi edərdim. Bilirsiniz ki, hazırda stadion “Qarabağ” klubunun istifadəsinə verilib və ot örtüyünə də onlar nəzarət edir. Bizim mütəxəssislər də onlara hərtərəfli kömək edir. Baxmayaraq ki, stadiondan “Qarabağ” klubu istifadə edir, istər-istəməz bu stadion bizim fəxri hakimimiz Tofiq Bəhrəmovun adını daşıyır və biz istəyirik ki, buranın ot örtüyü hər zaman yaxşı durumda olsun.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki