Ramil rəsmi debüt oyununda qol vurdu

Ramil rəsmi debüt oyununda qol vurdu
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2016 / 21:51 8529
-  A +

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev bu gün “Trabzonspor”da rəsmi debüt edib.

Qol.az-ın məlumatına görə, bu, Qara dəniz təmislçisinin bu gün Türkiyə kubokunun ikinci turunda həvəskarlar liqasında yarışan “Serhat Ardahanspor”la qarşı keçirdiyi görüşdə baş verib.

R.Şeydayev oyunun 64-cü dəqiqəsində meydana daxil olub. O, Mehmet Ekicini əvəzləyib. R.Şeydayev rəsmi debüt görüşündə komandasının 6-cı qolunu vurub. Millimizin hücumçusu 85-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, "Trabzonspor" - "Serhat Ardahanspor" matçı 1-cilərin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər