“Qarabağ” – PAOK oyunu harada olacaq? – klubdan açıqlama

“Qarabağ” – PAOK oyunu harada olacaq? – klubdan açıqlama
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2016 / 13:53 9045
-  A +

“Hazırda Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə aparılan təmiş işləri davam etdirilir. Bununla bağlı mütamadi olaraq, UEFA-ya məlumat veririk”.

Bu haqda Qol.az saytına açıqlamasında “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, klub meydançanın vəziyyətinin ən qısa zamanda normal vəziyyətə gətirilməsi üçün əlindən gələni edir:

“Biz çalışırıq ki, Avropa Liqasınn qrup mərhələsində növbəti ev oyunumuzu – PAOK-la oktyabrın 20-nə nəzərdə tutulan matçı məhz Tofiq Bəhramov adına Respublika stadionunda keçirək”.

Bununla belə, klub rəsmisi deyib ki, bununla bağlı yekun qərarı UEFA verəcək.

“Oktyabrın əvvəllərində UEFA-dan Bakıya nümayəndələr gələrək Respublika stadionunun ot ortüyünün durumunu yenidən yoxlayacaqlar və bunda sonra müvafiq qərar veriləcək” – deyə klub rəsmisi bildirib.

Xatırladaq ki, T.Bəhramov adına Respublika stadionunun ot ortüyü bərbad vəziyyətə düşdüyü üçün “Qarabağ” Avroliqanın qrup mərhələsində ilk ev oyununu – “Slovan”la matçı Mərdəkandakı “Dalğa Arena” stadionunda keçirmək məcburiyyətində qalmışdı.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki