Qriqorçuk Kivev “Dinamo”sunun baş məşqçisi ola bilər – iddia

Qriqorçuk Kivev “Dinamo”sunun baş məşqçisi ola bilər – iddia
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2016 / 13:30 5708
-  A +

Kiyevin “Dinamo” klubu hazırkı baş məşqçisi Sergey Rebrovu istefaya göndərəcək.

Qol.az-ın xəbərinə görə, bu haqda Ukraynanın sportanalytic.com saytı məlumat yayıb.

Bildirilib ki, buna paytaxt təmsilçisinin son vaxtlar ölkə çempionatında uğursuz çıxışı səbəb olub.

İddia edilir ki, “Dinamo”nun sahibi İqor Surkis hazırda komandaya yeni baş məşqçinin gətirilməsi istiqəmətində fəal iş aparır. Sergey Rebrovdan sonra bu vəzifəyə əsas namizədlər kimi isə “Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk və bu yaxınlarda Rusiyanın “Krasnodar” komandasından istefa verən Oleq Kononov göstərilir.

Sayt yazıb ki, hazırda heç bir klubda işləmədiyinə görə Kononovu indidən kluba cəlb etmək olar.

"R.Qriqorçuka gəlincə isə o, “Qəbələ” ilə ən azı Avroliqanın qrup mərhələsinin sonuna qədər çalışmaq fikrindədir” – deyə sayt yazıb.

Qeyd edək ki, S.Rebrov istefaya göndərilməsinin mümkünkülüyünə münasibət bildirib. O jurnalistlərə deyib ki, klubun sahibi baş məşqçini istefaya göndərməkdə sərbəstdir: “Mən isə bir məşqçi olaraq çalışıram ki, hər oyunda komandam uğur qazansın”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın