“Fiziki durumumuz zəifdir” - Araz Abdullayev

“Fiziki durumumuz zəifdir” -  Araz Abdullayev
ÖLKƏ FUTBOLU 19 Sentyabr 2016 / 01:41 3376
-  A +

"Neftçi"nin kapitanı Araz Abdullayev Topaz Premyer Liqasının V turunda "İnter"lə keçirilən oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.


- Bu məğlubiyyəti 0:8-lə müqayisə etmək olar?
- Bir dəqiqə. Qardaşımsan, normal suallar verin də, oyun haqqında...

- 0:8-dən sonra bu oyuna necə hazırlaşdınız?
- Düzdü, çətin oldu. Amma heyəti yenidən toparlaya bildik. Bildiyiniz kimi, komandamızda da bir sıra dəyişikliklər oldu. Hiss edirəm ki, bu komanda daha yaxşı təsir bağışlaya bilər. "İnter”ə qarşı oyunumuz pis alınmadı. Bundan əvvəlki oyunlarda komanda şəklində çox dağınıq oynayırdıq. Bu gün göstərdik ki, qələbə qazana bilərik. Məğlub olduq. Amma gələcək oyunlara ümid var. Fikirləşirəm ki, belə davam etsək, növbəti turlarda lazımi nəticəni qazana bilərik.

- Komandanın dağınıq olmasını qeyd etdin. Səncə, Vəli Qasımov komandanı yığa bilmirdi?
- Belə deyək, komanda uğursuzluq yaşayır və "qara zolağ”a düşür. Komanda bundan öncəki oyunlarından daha yaxşı oynadı.

- Ancaq turnir cədvəlində aşağı pillələrə doğru enirsiniz...
- Xalları boş-boşuna xərcləməməliyik. Bacardığımız qədər xallar toplamalıyıq. Amma futbolda belə nəticələr olur. Biz də gözləmirdik ki, 5 dəqiqəyə 2 qol buraxaq.

- Hesabda öndə olduğunuz zaman ikinci qolu vurmağa çox yaxın idin...
- Mən çalışırdım ki, topu qapıdan keçirim. Ancaq alınmadı.

- Sənin imkanların çox genişdi, amma son ötürməni verməkdə çətinlik çəkirsən...
- Qətiyyən belə fikirləşmirəm. Mən sırf olaraq komanda üçün çalışıram. Fikrim kollektivə köməklik etməkdi.

- 1:0-dan sonra nə baş verdi ki, iki qol buraxdınız?
- Biz də məğlub olmaq istəmirdik. Ehtiyat oyunçular skamyamız da müəyyən qədər geniş deyil. Ümid edirəm ki, gələcəkdə yaxşı olacaq.

- Komandanın fiziki hazırlıq baxımından əziyyət çəkdiyini düşünmürsən?
- Çempionata yaxşı başlamasaq da, toparlanmağa çalışırıq. Düşünmürəm ki, bizim fiziki durumumuz zəifdir. Kapitan olaraq komandanın potensialına güvənirəm. Bilirəm ki, gələcək oyunlarda potensialımızı daha da yüksəldəcəyik.

- Oyundan sonra Çingiz Abdullayev sizə nələr dedi?
- Komandamızın pis oynamadığını, gələcək oyunlarda daha yaxşı olacağını dedi.

- “Qarabağ”a keçidinlə bağlı xəbərlər yayılıb...
- Mən də saytlardan oxuyuram bu xəbərləri. Müqaviləm var və “Neftçi”dəyəm.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı