“Təmiz penalti idi” - Səlahət Ağayev

“Təmiz penalti idi” -  Səlahət Ağayev
ÖLKƏ FUTBOLU 19 Sentyabr 2016 / 01:02 3080
-  A +

"İnter"in qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqasının V turunda "Neftçi" ilə  keçirilən oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.


- Son dəqiqələrdə qələbə qazandınız...
- Əlbəttə ki, bizim üçün 3 xal çox vacib idi. Bəlkə də "Neftçi”nin ötən turda aldığı böyükhesablı məğlubiyyət bizdə arxayınlıq yaratmışdı. Biz bunu sonradan dərk etdik. Bu oyunda uduza da bilərdik. Ancaq uşaqların əzmkar mübarizəsi qələbə qazanmağımıza səbəb oldu.

- Hakimin penalti qərarı düzgün qərar idi?
- Bunu şərh etməyə dəyməz. Təmiz penalti idi.

- “Neftçi”nin ötən tur böyükhesablı məğlubiyyətindən sonra çətin qələbə qazanacağınızı gözləyirdiniz?
 - Yenə deyirəm, bizdə son anlara qədər arxayınçılıq var idi. Əslində "Neftçi”nin belə tez toparlanacağını gözləmirdim. Şükürlər olsun ki, 3 xalı qazanan tərəf biz olduq.

- Hesabda geri düşdüyünüz zaman qələbəyə inam var idi?
- Düzü, gözləmirdim. Amma inam var idi. Belə bir vəziyyətdə bərabərlik də bizim üçün böyük nəticə olacaqdı. Qələbə qazandıq və qələbəni xüsusi sevinclə qeyd etdik.

Məftun Rəsulzadə

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı