"Bir xal mənə sərf edir" - Şahin Diniyev

"Bir xal mənə sərf edir" - Şahin Diniyev
ÖLKƏ FUTBOLU 18 Sentyabr 2016 / 22:05 2243
-  A +

"Çempionatın ən yaxşı oyunlarından biri idi. Azarkeşlər üçün maraqlı oyun oldu. Hər iki komanda qalib gələ bilərdi. Bəzi problemlərimiz var idi. Arxa xəttə bir az dəyişiklik etmişdim. Hər iki komanda qələbəyə layiq idi".

Qol.az-ın futbol11.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 5-ci turunda "Sumqayıt"la oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
 
- Bir xal sizi qane edirmi?

- Bura üç xal üçün gəlmşdik. Amma bir xal da mənə sərf edir. Mənə elə gəlir ki, hər iki komanda qazandı.
 
- Belə zəif "Kəpəz” görmüşdünüz?

- Bu gün komanda tərifə layiqdir. Oyunumuz zəif deyildi. Düzdür, səhlərimiz var idi. Ancaq komanda şəklində yaxşı oynadıq.

Daha çox


Son xəbərlər