"Çıxın, bizim yerimizə oynayın" - Kintana

"Çıxın, bizim yerimizə oynayın" -  Kintana
MÜSAHİBƏ 16 Sentyabr 2016 / 00:40 10321
-  A +

“Qarabağ”ın ispaniyalı futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsində “Slovan”la oyundan (2:2) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Bir xal qazandınız, yoxsa iki xal itirdiniz?

- Oyuna ümumi baxdıqda deyə bilərəm ki, iki xal itirdik. Amma məğlub da ola bilərdik. Son dəqiqədə qol vurmaqla hesabı bərabərləşdirdik. Məncə, bir xal böyük nəticədir.

- Qapınızda erkən qolu görəndə nə düşündünüz?

- İlk saniyələrdən qol buraxmaq çətindir. Çünki sonradan toparlanmaq asan olmur. Amma çox keçmədən biz özümüzə gəldik və cavab qolunu vurduq. Düşünürəm ki, ilk hissəni qalib kimi də başa vura bilərdik. Təəssüf ki, buna nail ola bilmədik.

- Bu gün meydanda tam olaraq gücünü göstərə bilmədin...

- Xeyr, mən belə düşünmürəm.
 
- Müdafiə xəttində boşluqlar var idi. Bədavi Hüseynovun yoxluğu meydanda hiss olunurdu?

- Əlbəttə, Bədavi aparıcı oyunçularımızdan biridir. Amma demək olmaz ki, onun yoxluğu müdafiə xəttinə təsir göstərirdi. Müdafiəçilərimizin səhvindən qol buraxmadıq. Ümumi komandanın səhvləri var idi.
 
- Çoxlu qol şansını boşa verdiniz.

- Ötən oyun 3 qol vurduq. Oyun alınmayanda belə olur. Biz neynəyə bilərik? Problem deyil, çıxın siz bizim yerimizə oynayın, oynaya bilərsiniz?

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord