“Tarix yazmaq üçün hər imkanımız var” – Tahir Gözəl

“Tarix yazmaq üçün hər imkanımız var” –  Tahir Gözəl
MÜSAHİBƏ 15 Sentyabr 2016 / 23:44 5170
-  A +

“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsində “Slovan”la oyundan (2:2) sonra Qol.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə  jurnalistlərin suallarını cavablandırıb

- Oyun haqqında fikirləriniz necədir?

- İlk oyunumuzdan qələbə gözləyirdik. İlk dəqiqədə buraxdığımız qol bizim qələbə istəyimizə mane oldu. Düzdü, məğlub olmadığımız üçün şükr edirik. Ancaq qələbə bizim olmalı idi. Düşünürəm ki, bu, bizim haqqımız idi. 

- Necə düşünürsüz, komanda 2 xal itirdi, yoxsa 1 xal qazandı?

- Yenə deyirəm, biz burdan qələbə ilə ayrılmalı idik. "Slovan" "Qarabağ"ın "dişinə" görə komanda idi və bunu etməli idik. Bəxtimiz gətirmədi. Hesab edirəm ki, 2 xal itirdik.
 
- Son dəqiqə qolu sayəsində 1 xal qazandınız. Sonuncu dəfə bu həyəcanı nə vaxt yaşamışdınız?

- O qolu vurduğumuz üçün çox sükür edirik. Əgər onu vurmasaydıq, daha pis olacaqdı. Qolun sonuncu dəqiqədə vurulması çox böyük sürpriz oldu.
 
- Hücum xəttində bu gün çox boşluq yarandı. Bu gün daha çox hansı oyunçuya əsəbləşdiniz?


- Düzdü, bu gün qol vurmaq üçün çox imkanlarıımız oldu. Alınmadı. Deyəsən, "Qarabağ" ölkə xaricində daha yaxşı oynayır, nəinki, öz stadionunda. Mən bu gün belə nəticəyə gəldim.
 
- "Qarabağ"ın çexlərlə bəxti gətirmir. Bir neçə ilə əvvəl Zelinka... İndi isə "Viktoriya" və "Slovan".


- Burda heç kimi günahkar görmək düzgün deyil. Sadəcə, çexlərə qarşı bəxtimiz gətirmir.
 
- Növbəti oyununuz "Fiorentina"ya qarşı olacaq. Qrupun favoritinə qarşı səfər oyunundan nə gözləyirsiniz?

- Növbəti oyunlarda ciddiyətimizi qorumalıyıq. Ancaq və ancaq qələbə haqqında düşünürük. Bu dəfə qrupdan çıxmalıyıq. Biz yeni tarix yazmaq istəyirik və bunun üçün hər şeyimizin olduğunu düşünürəm.
 
- Qrupdan çıxmamaq "Qarabağ" üçün uğursuzluq olacaq?


- Mən öz adıma çox böyük narahatlıq keçirəcəm.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın