Futbolçularımızdan kim hansı maşını sürür? (SİYAHI)

XƏBƏR 3 Fevral 2010 / 14:47 2821
-  A +

"Çempion-Azərbaycan" qəzeti futbolçularımızın hansı markalı maşın sürməsi ilə bağlı araşdırma aparıb.Araşdırmanın nəticəsini təqdim edirik:

1. Aftandil Hacıyev (Azərbaycan yığmasının keçmiş, “Qarabağ”ın hazırkı üzvü): Antalyaya təlim-məşq toplanışına getməzdən öncə “Mercedes” markalı maşınını satıb. İndi futboldan çox yeni model seçməyə vaxt ayırır. Bu həftə ərzində yeni maşınına qovuşacaq.
2. Xaqani Məmmədov (Azərbaycan yığmasının sabiq, “Karvan”ın hazırkı üzvü): Karyerası ərzində iddialı klublarda oyanayıb. Maşına həvəsi var, hazırda “X5” sürür.
3. Zaur Ramazanov (Azərbaycan yığmasının sabiq, “Karvan”ın hazırkı üzvü): Zaur hər il bir maşın dəyişir. İndi son model “İnfiniti” sürür.
4. Samir Abbasov (Azərbaycan yığmasının və “İnter”in üzvü): Samir karyerasının son illərində pis qazanmayıb. Amma nədənsə, maşınını tez-tez dəyişmir. Uzun müddətdir ağ “Prado” sürür.
5. Ceyhun Sultanov (Azərbaycan yığmasının keçmiş, “Xəzər Lənkəran”ın hazırkı üzvü): Ceyhun uzun müddətdir zədəli olsa da, maddi gəliri yaxşıdır. 3 ildir “Xəzər Lənkəran”da çıxış edən futbolçunun son model “İnfiniti”si var.
6. Yunis Hüseynov (Azərbaycan yığmasının keçmiş üzvü, “Karvan”ın baş məşqçisi): Şübhəsiz, Yunis Hüseynov ölkəmizin ən populyar futbolçu və məşqçilərindəndir. Onun maşını da son modeldir, populyardır: “X5”. 
7. Ayxan Abbasov: (”Qarabağ”ın üzvü): Son illər ehtiyatda qalmasına baxmayaraq, yaxşı karyeraya malikdir. Boyu bəstə olsa da, hündür maşın sürür. Qara “ML 32”si var.
8. Namiq Yusifov (”Qarabağ”ın üzvü): Zaur Ramazanov 1 il öncə “Porşe” sürürdü. Onunla qəzaya düşdü və maşınını satmaq qərarına gəldi. Onu kim alsa yaxşıdır? Komanda yoldaşı Namiq Yusifov. Namiq hələ də Zaurdan aldığı “Porşe”dən istifadə edir.
9. Aslan Kərimov (Azərbaycan yığmasının keçmiş, “Qarabağ”ın hazırkı kapitanı): ölkənin ən hörmətli futbolçularındandır. Oynadığı yerə sadiqlik nümayiş etdirib və bunun qarşılığını görməkdədir. “Köhnə dünya”nın adamı olsa da, yeni model avtomobildə gəzir. 37 yaşlı kapitanın bahalı “Tuareg”i var.
10. Kamal Quliyev (Azərbaycan yığmasının sabiq, “Standard”ın hazırkı üzvü): Kamal uğurlu legioner həyatı quran futbolçularımızdandır. ölkə daxilində də iddialı klublarda oynayıb. Son vaxtlar işləri yaxşı getmir. Amma maşın baxımından müasir dövrlə ayaqlaşır - “Range Rover” sürür.
11. Aqil Məmmədov (Azərbaycan yığmasının sabiq, “Standard”ın hazırkı üzvü): Həmşəhərlisi Kamal Quliyevlə bu sahədə də həmrəylik nümayiş etdirir. O, da “Range Rover”dən istifadə edir.
12. Hüseyn Məhəmmədov (Azərbaycan yığmasının sabiq, “Bakılı”nın hazırkı qapıçısı): 8 qat Azərbaycan çempionu sürətli maşınları xoşlayır. Qara “Range Rover”i var.
13. Aqil Nəbiyev (Azərbaycan yığmasının üzvü, “Olimpik-Şüvəlan”ın kapitanı): Aqil hündür maşında gəzir. ötən ilin sonlarında 42 min dollara “Prado” alıb. Tovuzda da maşını var.
14. Nazim Süleymanov (Azərbaycan yığmasının keçmiş üzvü, “Olimpik-Şüvəlan”ın baş məşqçisi): Azərbaycan futbolunun canlı əfsanəsinin deyəsən, əli aşağıdır. O, Bakının hər tinində rast gəldiyimizi “E klass” sürür.
15. Tərlan Xəlilov (”Olimpik-Şüvəlan”ın üzvü): Yuxarıda adlarını çəkdiyimiz futbolçulardan fərqlənir. İkiqapılı maşında, “Hunday Kupe”də fırlanır.
16. Elşən Poladov (Azərbaycan yığmasının sabiq, “Olimpik-Şüvəlan”ın hazırkı üzvü): ölkənin ən güclü qapıçılarından biridir. Karyerasının bəlkə də ən yaxşı dönəmini indi keçirir. Onun “Prado”su var.
17. Sahil Kərimov (”Qarabağ”ın üzvü): Maşınını təzə satıb. Komanda yoldaşı Aftandil Hacıyev kimi yeni avtomobil axtarışındadır.
18. Füzuli Məmmədov (Azərbaycan yığmasının sabiq, “Karvan”ın hazırkı üzvü): “Xəzər Lənkəran”ın məşhur 6 nömrəsinin karyerasında eniş müşahidə olunur. Buna rəğmən, qazancı azalmayıb. Bu yaxınlarda yeni “BMW 5 model” alıb.
19. Rəşad Sadıqov (Azərbaycan yığmasının kapitanı, “Qarabağ”ın üzvü): Rəşad həmişə öndə gedib. ölkənin ən məşhur futbolçularından olub. O, BMW-yə sadiqdir. İndi də “BMW 5 model”də gəzir.
20. Alim Qurbanov (Azərbaycan yığmasının keçmiş, “Xəzər Lənkəran”ın hazırkı üzvü): Alim Qurbanov bir vaxtlar yaxın dostu Emin Quliyevin maşınını sürürdü. İndi özünəməxsus avtomobili var. Alim nə BMW-də, nə “Mercedes”də nə də “Range Rover”də fırlanır. Qurbanov “Mitsibushi”yə üstünlük verir.
21. Novruz Əzimov (”Olimpik-Şüvəlan”ın məşqçisi): SSRİ “Neftçi”sinin oyunçusunun maddi vəziyyəti elə də yaxşı deyil. Uzun müddətdir ki, “31 10”da gəzir. Maşının nömrəsinin özündən baha olduğunu desək, yanılmarıq.
22. Vüqar Nadirov (Azərbaycan millisinin və “Qarabağ”ın üzvü): 22 yaşı olsa da, ölkənin varlı klublarının formasını geyinib. Hazırda Bakıda nadir hallarda rast gəlinən “Hammer”i var. Görünür, Nadirovun dağa səyahətlə arası yaxşıdır.
23. Cahangir Həsənzadə: (Azərbaycan yığmasının sabiq, “Olimpik-Şüvəlan”ın hazırkı qapıçısı): Cahangir son 3 ildə sabit çıxış etmir. “İnter”də olduğu kimi, “Olimpik-Şüvəlan”da da ehtiyatda oturur. Maşını isə sayılıb-seçilən firmanı təmsil edir. BMW-sinin qiyməti 20 min dollardan aşağı deyil.
24. Rəşad Abdullayev: (Azərbaycan yığmasının keçmiş, “Neftçi”nin hazırkı üzvü): “Onu “Xəzər Lənkəran”da yağ içində böyrək kimi bəsləyirdilər. Lakin ailə vəziyyətinə görə, “Neftçi”yə keçdi. Hazırda təzə BMW-də gəzir.
25. Ruslan Abışov (”Neftçi”nin və Azərbaycan yığmasının üzvü): Abışovun BMW-si var. Təqribən, 1,5 ildir ki, bu maşına güvənir.


Digər futbolçuların sürdükləri:
26. Nadir Nəbiyev (Azərbaycan yığmasının sabiq üzvü, “Turan”ın kapitanı): “S klass”
27. Maksim Medvedev: (Azərbaycan yığmasının və “Qarabağ”ın üzvü): “Range Rover”
28. Fərhad Vəliyev (Azərbaycan yığmasının və “Qarabağ”ın üzvü): “X5”
29. Qurban Qurbanov (Azərbaycan yığmasının keçmiş üzvü, “Qarabağ”ın baş məşqçisi): BMW
30. Əfran İsmayılov (”Qarabağ”ın üzvü): “E klass”
31. Samir Əliyev (Azərbaycan yığmasının keçmiş və “Neftçi”nin hazırkı üzvü):  BMW
32. Rauf Əliyev (”Qarabağ”ın üzvü): “E klass”
33. Elvin Məmmədov (Azərbaycan yığmasının və “Qarabağ”ın üzvü): “E klass”
34. Zaur Həşimov (Azərbaycan yığmasının keçmiş üzvü, “Qarabağ”ın üzvü): “X5”
35. İsmayıl Məmmədov (Azərbaycan yığmasının keçmiş, “Karvan”ın hazırkı üzvü): “Mercedes”
36. Rəşad Kərimov (”Qarabağ”ın üzvü): BMW

 

Ən bahalı maşın Raildədir
Futbolçular maşınları ilə yanaşı, maşının nömrəsinin də xüsusi olmasına çalışırlar. Bir oyunçu futbolkasının nömrəsi ilə maşının nömrəsinin uzlaşmasını istəyir. Və əksər hallarda buna nail olur. Bizdə olan məlumata görə, futbolçular arasında ən bahalı maşına Azərbaycan yığmasının və  “Neftçi”nin əsas üzvlərindən biri Rail Məlikov sahibdir. Onun idarə etdiyi “Mercedes CLS 55 AMG”nin qiyməti 170 min dollardan çoxdur. Amma bu maşının təzəsi Rail Məlikova 100 min dollara başa gəlib.

 

Foqts nədə gəzir?
Öz ölkəsində çox cüzi maaşa oynayanlar Azərbaycana gəldikdən sonra maşınlı olurlar. Məsələn, Usim Nduka, Xalidu Sissoko, Aleksey Savinov Azərbaycana gələndən sonra avtomobil alıblar. Millimizin baş məşqçisi Berti Foqts isə almayıb, veriblər. Foqts AFFA-nın ayırdığı “Prado”da gəzir.

 


Son xəbərlər