Azərbaycan derbisi öncəsi “Neftçi” və “Qarabağ”ın son durumu

XƏBƏR 3 Fevral 2010 / 14:02 1961
-  A +

Təxminən bir saatdan sonra “Qarabağ”la mühüm oyuna çıxacaq “Neftçi” qapıçı problemini həll edib. Bu haqda Qol.Az-a “ağ-qaralar”ın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib. Onun sözlərinə görə, bir neçə gündür zədədən əziyyət çəkən Paulos Qribauskas və Vladimir Miçoviçin durumu hazırda qənaətbəxşdir. Həkimlər hər iki qapıçını oyuna yetişdirə bilib. Hələlik hansı qolkiperin meydana start heyətində çıxacağı dəqiq bilinmir. Amma çox güman ki, ağ-qaralar”ın qapısını məhz Miçoviç qoruyacaq.
“Qarabağ” isə oyuna itkiylə çıxacaq. Qol.Az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun verdiyi məlumata görə, bugünkü matçda Georgi Adamiya meydana çıxa bilməyəcək.  

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı