“Qarabağ”ın futbolçusu altı aylıq cəzalandırıldı

“Qarabağ”ın futbolçusu altı aylıq cəzalandırıldı
XƏBƏR 3 Fevral 2010 / 13:50 1709
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, iclasda «Qarabağ» klubunun əvəzedici komandasının üzvü Sabir Ramazanov təvəllüdü ilə bağlı yanlış informasiya təqdim etdiyi üçün 6 (altı) ay müddətinə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılması barədə qərar qəbul olunub. Eyni zamanda məsələ ilə bağlı «Qarabağ» klubuna xəbərdarlıq məktubu göndərilməsi qərara alınıb. Analoji hallar təkrarlanacağı halda İntizam Komitəsi tərəfindən Ağdam klubuna ciddi sanksiyalar tətbiq olunacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı