“Amkar”ın futbolçusu “Neftçi”də?

“Amkar”ın futbolçusu “Neftçi”də?
XƏBƏR 3 Fevral 2010 / 11:52 2152
-  A +

“Neftçi” Rusiyanın “Amkar” klubunda çıxış edən Artur de Oliveyru Vilyamla maraqlanıb. Qol.Az-ın məlumatına görə, bu haqda Rusiyanın “Sport-Ekspress” qəzeti məlumat yayıb. Rusiyalı həmkarlarımızın yazdığına görə, braziliyalı futbolçu “ağ-qaralar”ın maraq dairəsinə düşüb: “Braziliyalı Azərbaycan komandasının heyətində yoxlama oyununda bir hissə keçirib. O, “Neftçi”nin məşqçilərinə yaxşı təəssürat oyadıb. Çox güman, Vilyam yaxın günlərdə “Amkarı” tərk edəcək”.
1982-cı il oktyabrın 20-də anadan olan braziliyalı yarımmüdafiəçinin boyu 1,81 metr, çəkisi 79 kiloqramdır. “Amkar”ın tarixinə ilk braziliyalı futbolçu kimi düşən Vilyam Perm klubuna qədər “Real-Braziliya” (2006), Serbiyada “Srem” (2006-08), OFK (2008-09) klublarında çıxış edib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi