Elvin Yunuszadə: "Bizim də bəxtimiz gətirdi

Elvin Yunuszadə: "Bizim də bəxtimiz gətirdi
MÜSAHİBƏ 9 Sentyabr 2016 / 22:43 4645
-  A +

"Qarabağ"ın futbolçusu Elvin Yunuszadə Topaz Premyer Liqanın 4-cü turunda AZAL-la oyundan (6:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, bugünkü oyunlarından razı qalıb.

- Bu oyunu sizin üçün yüngül məşq adlandırmaq olar?

- Xeyr, biz bütün görüşlərə ciddi hazırlaşırıq. Düzdür, bu gün oyunumuz yaxşı alındı. Hər kəs düşünür ki, asandır, amma heç bir oyun belə deyil. Düzdür, bizdə də çatışmazlıqlar var idi. Bu gün bizim də bəxtimiz gətirdi. Demək olar ki, əlimizə düşən bütün imkanları qola çevirə bildik. Bu, "Slovan"la matçdan öncə bizim üçün əla motivasiya oldu.

- Oyun '"Dalğa Arena"da olacaq. Bu sizə hər hansı cəhətdən mənfi təsir edəcəkmi?

- Düzdür, biz Respublika Stadionuna öyrəşmişik. Mən də uzun müddətdir ki, "Dalğa Arena"da futbol oynamıram. Ancaq stadion amili bizim üçün səbəb olmamalıdır.

- Bədavinin yoxluğunda sən forma şansı qazanırsan. Qurban Qurbanov da bildirdi ki, Bədavi"Slovan'"a matçda böyük ehtimalla oynamayacaq. Bu barədə nə deyə bilərsən?

- Forma şansı qazandığıma görə, Qurban Qurbanova təşəkkürümü bildirirəm. Baş məşqçimiz nə zaman istəsə, oynamağa hazıram.

- Oyun praktikanın az olduğunu düşünmürsən?

- "Qarabağ"da elə bir sistem formalaşıb ki, oyun praktikan az olsa belə, özünü rahat hiss edirsən. Buna görə heç bir problemim yoxdur. Çatışmazlıqlar çoxdur, işləmək lazımdır. 

- Qrupda "Fiorentina"dan başqa, hansı komandanı daha şanslı görürsən? 

- Qrup mərhələsində, öncədən bir şey demək mümkün deyil.  İnşallah, əlimizdən gələni edəcəyik. 

- "Slovan"ı tam olaraq analiz etmisiniz?

- Hər şeydən öncə, əsas fikrimiz bugünkü oyunda qələbə qazanıb,  daha sonra "Slovan"a qarşı hazırlaşmaqdır.

- İlk oyunu "Fiorentina"ya qarşı oynamaq daha yaxşı olardı?

- Düşünürəm ki, o qədər də fərqi yoxdur.  Doğrudur, "Slovan'" "Fiorentina" ilə müqayisədə zəif rəqibdir. İlk matçda qalib gəlsək, daha yaxşı olar.

- Oyunu izləyənlər arasında "Slovan"ın məşqçisi də var idi. O, "Qarabağ"la oyunda qələbə qazanacaqlarını dedi...

- Bu onun şəxsi fikridir. Hər şey meydanda müəyyənləşəcək.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər