Namiq Yusifov: “Neftçi” ilə oyunun ayrı ləzzəti var”

Namiq Yusifov: “Neftçi” ilə oyunun ayrı ləzzəti var”
ÖLKƏ FUTBOLU 2 Fevral 2010 / 20:11 2468
-  A +

"Uşaqlıqdan iki komandaya pərəstiş etmişəm. Biri “Neftçi” olub. Çünki futbola bu komandanın aşağı yaş qrupunda başlamışam. İkincisi isə “Qarabağ”dır. Bu da əslən Ağdam rayonundan olmağımdan irəli gəlir. Çox şadam ki, hər iki komandanın formasını geymişəm”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi, “Neftçi”nin sabiq üzvü Namiq Yusifov deyib. Gənc yarımmüdafiəçi “Neftçi” ilə oyunun ayrı ləzzətinin olduğunu bildirib: “Təcrübəli mütəxəssis Vaqif Sadıqovun gəlişindən sonra “Neftçi” fərqli futbol oynayır. İnanıram ki, bu il yaxşı nəticə göstərəcəklər. Sabah bizi çox maraqlı oyun gözləyir. Çünki “Qarabağ”ın bütün oyunları maraqlı keçir. Əlbəttə ki, “Neftçi” ilə oyunun ayrı ləzzəti var. Çünki iki ən böyük tarixə sahib olan komandalar qarşılaşacaqlar.
N.Yusifov sabahkı matçın nəticəsiylə bağlı konkret proqnoz verməyib: “Biz meydana yalnız qələbə üçün çıxacağıq. Nəticənin isə heç bir fərqi yoxdur”.
   

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı