Mahir Şükürov: “Çalışacağam ki, bu yolda “Anji”yə kömək edim”

Mahir Şükürov: “Çalışacağam ki, bu yolda “Anji”yə kömək edim”
XƏBƏR 2 Fevral 2010 / 19:55 1777
-  A +

“Anji”də ab-hava çox yaxşıdır. Çox mehriban kollektiv var. Həm komandanın prezidenti, həm də baş məşqçi məni yaxşı qəbul etdi. Burada özümü evdəki kimi hiss edirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri “interfan.az” saytına verdiyi müsahibədə milli komandamızın üzvü, bir müddət əvvəl Rusiyanın “Anji” klubuna transfer olunan Mahir Şükürov deyib. Təcrübəli futbolçu “Anji”nin hədəfləri barədə də söhbət açıb: “Gündə bir neçə dəfə məşqə çıxırıq. Bu da səbəbsiz deyil. Komandanın böyük hədəfləri var. “Anji”nin əsas hədəfi Premyer Liqaya elə-belə düşmədiyini sübut etmək və orta yerlərdən birini tutmaqdır. Mən də çalışacağam ki, bu yolda komandama yaxından kömək edim. Bir neçə yoldaşlıq oyunu keçirmişik və bunlardan ikisində iştirak etmişəm. Düzdür, 45 dəqiqə oynasam da, məncə oyunum gözəl alındı. Çalışıram ki, öz oyunumla məşqçilərin və rəhbərliyin etimadın doğruldum. Burda mən həm də Azərbaycan futbolunu təmsil edirəm”.

Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq