Fərid Mansurova vəzifə verildi – nazirlikdə işləyəcək

Fərid Mansurova vəzifə verildi – nazirlikdə işləyəcək
XƏBƏR 6 Sentyabr 2016 / 14:16 13710
-  A +

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.

Qol.az-ın xəbərinə görə, məşhur güləşçimiz Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri təyin edilib.

Məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Samayə Məmmədova təsdiqləyib.

Qeyd edək ki, sözügedən söbənin əvvəlki rəhbəri Mirkamil Rəhimov olub. Onun vəfatından sonra bu vəzifə boş qalmışdı.

Xatırladaq ki, Fərid Mansurov 2004-cü il Afina Olimpiya Oyunlarının qalibidir. Bundan başqa o, iki dəfə - 2007 və 2009-ci illərdə dünya çempionu adını qazanıb. 
 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki