Nazim Süleymanov: “Bu məğlubiyyətlə "altılığ"a düşmək şansımızı itirdik"

Nazim Süleymanov: “Bu məğlubiyyətlə "altılığ"a düşmək şansımızı itirdik"
XƏBƏR 2 Fevral 2010 / 17:09 1681
-  A +

“Hesab edirəm ki, biz bu gün yaxşı oynadıq. Amma futbol səhvlər üzərində qurulub. Rəqib bizim səhvimizdən yararlanaraq fərqləndi, biz isə bunu bacarmadıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ” ilə oyunsonrası mətbuat konfransında “Olimpik-Şüvəlan”ın baş məşqçisi Nazim Süleymanov deyib.
N.Süleymanov bu məğlubiyyətdən sonra “altılığ”a düşmək şanslarını itirdiklərini etiraf edib: “Bu məğlubiyyətlə biz “altılığ”a düşmək şansımızı da itirdik. Ancaq bu, o demək deyil ki, qalan görüşlərdə oynamayacağıq. Yenə meydanda mübarizə aparıb, maksimum xal qazanmağa çalışacağıq”.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord