Bülənt Qorxmaz nədən şikayətləndi?

Bülənt Qorxmaz nədən şikayətləndi?
PREMYER LİQA 2 Fevral 2010 / 16:26 3119
-  A +

«Fasilədən sonrakı ilk oyunlar həmişə çətin keçir. Budəfə də istisna olmadı. Düzdür, daha rahat qələbə qazana bilərdik.
Amma yaxaladığımız qol şanslarını dəyərləndirə bilmədik». Qol.Az-ın məlumatına görə, bu sözləri «Bakı» - «Turan» oyunundan (2:1) sonra keçirilən mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Bülənt Qorxmaz deyib. O, qol buraxdıqları epizodu şərh etmək istəməyib: «Bunun üçün gərək qolun təkrarına baxım». Türkiyəli mütəxəssis meydançanın vəziyyətindən də şikayətlənib: «Meydançanın durumu yaxşı deyildi. Komandanın yaxşı oynaması üçün gərək ot örtüyü yaxşı vəziyyətdə olsun. Meydançanın bu durumu oyunumuza təsir göstərdi».


Son xəbərlər