“Bakı” keniyalı hücumçu haqda qərar qəbul etməyə tələsmir

“Bakı” keniyalı hücumçu haqda qərar qəbul etməyə tələsmir
XƏBƏR 2 Fevral 2010 / 14:40 2137
-  A +

“Bakı” klubu bir neçə gündür komandada baxışda olan keniyalı hücumçu Alan Vanqa haqda qərar qəbul etməyə tələsmir. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində “zolaqlılar”ın vitse-prezidenti Tunc Avşar məlumat verib. Onun sözlərinə görə, hələ ki, baş məşqçi Bülənt Qorxmaz Vanqa haqda rəhbərliyə yekun qərarını açıqlamayıb: “Bu səbəbdən keniyalının komandada qalıb-qalmayacağını dəqiq deyə bilmərəm. Biz baş məşqçi Bülənt Qorxmazın cavabını gözləyirik”. Xatırladaq ki, 1985-ci ildə anadan olan Allan Vanqa son 2 ili Anqolanın “Petro Atletiko” klubunda keçirib, meydana çıxdığı 35 oyunda 9 qol vurub. Boyu 1,86 metr olan futbolçu milli komandanın çalışdırıcılarının diqqətindən də yayınmayıb. Allan Vanqanın Keniya millisinin heyətindəki çıxışını da uğurlu saymaq olar. O əsas komandanın heyətində keçirdiyi 21 oyunda 6 dəfə fərqlənib. Xatırladaq ki, qış “transfer pəncərəsi” fevralın 4-də bağlanır. Buna görə də baş məşqçi Bülənt Qorxmaz qarşıdakı iki gün ərzində keniyalı haqda yekun qərar qəbul etməlidir.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki