Dünya və olimpiya çempionu Bülənt Qorxmazı millinin baş məşqçiliyinə namizəd göstərdi

Dünya və olimpiya çempionu Bülənt Qorxmazı millinin baş məşqçiliyinə namizəd göstərdi
XƏBƏR 2 Fevral 2010 / 13:26 2071
-  A +

Türkiyəli millət vəkili, ölkəsində “əsrin güləşçisi” adlandırılan, olimpiya və dünya çempionu Hamza Yerlikaya “Bakı”nın baş məşqçisi Bülənt Qorxmazı Türkiyə milli komandasının baş məşqçisi postuna namizəd göstərib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Yerlikaya “ay-ulduzlular”ın əcnəbi çalışdırıcıya tapşırılmasına qarşı çıxıb: “'20 il öncə Türkiyə millisinə yerli baş məşqçi gətirmək çətin idi. Uşaq futboluna diqqət göstərmək, məşqçi yetişdirmək o vaxtlar çətin idi. Həmin vaxt ölkəmizə gələn Derwall ve Piontek lazımı sistemi qurdular. Məhz həmin sistemin sayəsində bu gün çox yaxşı mütəxəssislərimiz yetişib. Ərtoğrul Sağlam, Bülənt Uyqun, Bülənt Qorkmaz heç də zəif məşqçi deyillər. Onlar Türkiyə futbolu üçün böyük işlər görüblər. Onların etdiklərini görməmək, bunu inkar etmək qeyri-mümkündür. Türkiyədə məşqçi potensialı var. Bu qədər məşqçimiz ola-ola əcnəbi mütəxəssisin dəvət olunmasına heç bir məna verə bilmirəm”.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord