Fuad Musayevdən sensasiyalı açıqlama: «Millidə beş nəfər «lipa» var»

ÖLKƏ FUTBOLU 2 Fevral 2010 / 13:24 2393
-  A +

Azərbaycan milli komandasının heyətində beş «lipa» futbolçu var. Bu sensasiyalı açıqlamanı Qol.Az saytına eksklüziv müsahibədə AFFA-nın keçmiş prezidenti Fuad Musayev deyib. Qadın millisinin heyətində lipa futbolçuların aşkarlanması faktını biabırçılıq adlandıran Fuad Musayev kişilərdən ibarət əsas millinin heyətində də «lipa»ların olduğunu iddia edib: «Mən bunu sübut etməyə hazıram. Vladimir Levin, Aleksandr Çertaqanov, Sergey Sokolov, Fabio Luis Ramim və Ernani Pereyra «lipa»dılar».
Qeyd edək ki, AFFA-nın sabiq prezidenti Fuad Musayevlə geniş müsahibəni irəliləyən dəqiqələrdə saytımızda oxuya bilərsiniz.

 

Daha çox


Son xəbərlər