Həmyerlimiz rəsmən Moskva “Lokomotiv”ində

Həmyerlimiz rəsmən Moskva “Lokomotiv”ində
DÜNYA FUTBOLU 2 Fevral 2010 / 12:46 2367
-  A +

Əslən azərbaycanlı olan, lakin Ukrayna milli komandasının şərəfini qoruyan Aleksandr Əliyevin Moskva “Lokomotiv”inə keçidi rəsmiləşib. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dünən 24 yaşlı futbolçu 3 illik müqaviləyə imza atıb. Aleksandr Əliyev “Lokomotiv”in rəsmi internet saytına verdiyi açıqlamada Moskva klubuna transfer olunması barədə bunları deyib: “Lokomotiv”ə keçid çox çətinliklə baş tutdu. Mən özümü bu kluba keçməyi çox istəyirdim. Şadam ki, artıq hər şey geridə qaldı və nəhayət ki, rəsmi müqaviləyə qol çəkdim. Artıq sabah yeni komandamın İspaniyada keçdiyi təlim-məşq toplanışına qoşulacağam”.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı