“Beşiktaş”ın qapıçısı “Malaqa”da

“Beşiktaş”ın qapıçısı “Malaqa”da
XƏBƏR 1 Sentyabr 2016 / 01:19 2433
-  A +

Ukraynalı qapıçı Denis Boyko “Beşiktaş”ı tərk edib.

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper karyerasını “Malaqa”da davam etdirəcək. Boyko 1 il ərzində icarə əsasında La Liqa təmsilçisinin şərəfini qoruyacaq.

Keçidin maliyyə tərəfi barədə açıqlama verilmir. Daha əvvəl “Beşiktaş”ın 1 illik icarəyə görə 300 min avro tələb etdiyi bildirilirdi.

Xatırladaq ki, Boyko “Beşiktaş”a bu ilin qışında keçib. İstanbul klubu ukraynalı qolkiperə görə “Dnepr”ə 3,3 milyo avro ödəyib. Lakin Boyko geridə qalan müddətdə cəmi 5 oyunda meydana çıxıb.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın