Xorvatiyalı yarımmüdafiəçi “Qəbələ”də

Xorvatiyalı yarımmüdafiəçi “Qəbələ”də
XƏBƏR 1 Sentyabr 2016 / 00:00 6540
-  A +

“Qəbələ” “transfer pəncərəsi”nin son günündə heyətinə daha bir yeni futbolçu qatıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücum xəttini Ruslan Qurbanovla gücləndirən “qırmızı-qaralar” xorvatiyalı yarımmüdafiəçi Petar Franyiçlə də anlaşıb. 25 yaşlı orta sahə oyunçusu ilə 2 illik müqavilə imzalanıb.

Futbolda ilk addımlarını “Kroatia Sesvete” klubunda atan cinah yarımmüdafiəçisi 17 yaşında Xorvatiyanın ən titullu komandası olan Zaqreb “Dinamo”sunun gənclərdən ibarət heyətinə cəlb edilib.

Peşəkar karyerasına da bu klubda başlayan Franyiç 2010-2014-cü illərdə “Dinamo”ya məxsus olub. O, bu müddətdə icarə əsasında “Lokomotiv” (2010), “Radnik” (2010-2013) və “İstra”nın (2013) formasını geyinib. “Dinamo” ilə müqaviləsi başa çatandan sonra Petar “İstra” (2014-2015) və “Split”də (2015-2016) çıxış edib.

Franyiç Xorvatiya çempionatının yüksək liqasında 66 oyunda 10 qol vurub.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın