Elman Rüstəmov: “Şahmat olimpiadasına tam hazırıq”

Elman Rüstəmov: “Şahmat olimpiadasına tam hazırıq”
XƏBƏR 31 Avqust 2016 / 13:57 1350
-  A +

“Gözlədiyimiz gün gəlib çatdı. Olimpiadanın startına çox az qalıb. Təşkilat Komitəsinə təşəkkürümü bildirirəm. Yarışın yüksək səviyyədə keçməsi üçün böyük iş görülüb. Bu işin nəticəsinə uyğun olaraq əminliklə deyə bilərik ki, Azərbaycan şahmat olimpiadasına tam hazırdı”.

Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib.

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunmuş mətbuat konfransında çıxış edən Rüstəmov yarışın ökə başçısı İlham Əliyevin nəzarəti altında olduğunu vurğulayıb: “Şahmat Olimpiadası ölkəmizdə cənab prezident İlham Əliyevin təşəbbüsü, nəzarəti altında keçirilir. Azərbaycan şaxmatda öz imzası olan ölkələrdən biridir. Bunun üçün uzun yol qət edilib. Son illər ölkəmizdə bir çox vacib turnirlər keçirilib. Bu yarışlarda kifayət qədər təcrübə toplanıb. Olimpiada şamhat yarışlarının zirvəsidir. Bu turnirin ən yaxşı şəkildə baş tutacağına inanırıq”.

Elman Rüstəmov olimpiadada çıxış edəcək komandalarımızdan uğurlu nəticə gözlədiklərini vurğulayıb: “Komandalarımızın buna qədər qazandıqları nəticələr hər kəsə məlumdur. Oğlanlardan ibarət komandamız 2 dəfə Avropa çempionu olub, qızlarımızın nailiyyətləri var. Bu dəfə də yaxşı nəticələrə ümid edirik. Doğma divarlar da şahmatçılarımıza kömək etməlidir. Komandalarımızın planları olimpiadaya uyğun qurulub. İdmançıların məişət problemləri həll olunub. Hazırlıq yüksək səviyyədə təşkil olunub. Təlim-məşq toplanışları üçün xaricdən əcnəbilər dəvət olunmuşdu. İnanırıq ki, bütün bunların bəhrəsini görəcəyik. Şahmatda reytinq, fərdi ustalıq vacibdir. Amma komanda ruhu da mühüm əhəmiyət kəsb edir. Azərbaycan yığması turnirin ən dəbli, ən gözəl komandasıdır. Bu, artıq görünür. Mətbuat konfransından sonra milli üzvləri ilə görüşəcəyik. Potensialımıza uyğun nəticə gözləyirik. Konkret neçənci yeri hədəflədiyimizi deyə bilmərik. Şahmatçılarımızın uğur qazanıması üçün nazirlik, federasiya lazım olan hər şeyi edib. İdmançılarımıza uğrular arzulayırıq”.

Sonda Elman Rüstəmov tikintisi nəzərdə tutulan şahmat sarayından da söz açıb: “Şahmat sarayı hələ də gündəlikdədir. Bunun üçün müəyyən işlər görülür. Layihə var. Dövlət səviyyəsində danışıqlar davam edir. Tezliklə tikintiyə başlanması nəzərdə tutulub”.


Son xəbərlər