Azad Rəhimov: “Şahmat olimpiadasının Bakıda keçirilməsi müsbət haldır”

Azad Rəhimov: “Şahmat olimpiadasının Bakıda keçirilməsi müsbət haldır”
XƏBƏR 31 Avqust 2016 / 12:54 1463
-  A +

“42-ci Şahmat Olimpiadasında həm oğlanlardan, həm də qızlardan ibarət milli komandamıza ümidlər böyükdür. Biz onlara inanırıq”.

Qol.az-ın futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunmuş mətbuat konfransında çıxış edən Rəhimov bu yarışın ölkəmizdə keçirilməsini çox müsbət hal kimi dəyərləndirib:

“Şahmat olimpiadasının Bakıda keçirilməsi çox müsbət haldır. Buna qədər bir neçə olimpiada iştirak etmişəm. Düşünürəm ki, Bakıda keçiriləcək olimpiada təşkilinə görə bütün yarışları üstələyəcək. Olimpiadanın ölkəmizdə keçirilməsini çox yüksək qiymətləndirirəm. Şahmat yüksək intelektli idmançıların mübarizəsidir. Son illər Azərbaycan idmanındakı inkişaf göz önündədir. Bunda şahmatın da xüsusi yeri var”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord