Azərbaycanı seçdiyinə peşman deyil

Azərbaycanı seçdiyinə peşman deyil
GÜNDƏM 31 Avqust 2016 / 11:48 6078
-  A +

“Dünya çempionatının seçmə mərhələsinin ilk oyununda San-Marino ilə görüşəcəyik. Qalib gəlməyə məcburuq. 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında çıxış etmək istəyirik. Bunun üçün seçmə mərhələdə uğurla çıxış etməliyik. Komandamız belə potensiala malikdir".

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri millimizin və "Erçqebirqe"nin futbolçusu Dmitri Nazarov deyib.
 
O bildirib ki, Azərbaycan millisində oynamağına görə Berti Foqtsa borcludur:

"O, 2012-ci ildə “Münster”də çıxış etdiyim vaxt mənimlə əlaqə saxladı. Biz görüşdük və Foqts məni bu yığmanı seçməyə razı sala bildi. Azərbaycan millisini seçdiyim üçün peşman deyiləm.  Burada oynadığıma görə şadam. Mən artıq yığma ilə 15 beynəlxalq görüşdə iştirak etmişəm".

Daha çox


Son xəbərlər