İsveçli futbolçu "Qəbələ"də oynaya bilər

İsveçli futbolçu "Qəbələ"də oynaya bilər
ÖLKƏ FUTBOLU 31 Avqust 2016 / 10:17 7344
-  A +

Avropa Liqasının qrup mərhələsində çıxış edəcək "Qəbələ" növbəti transferini həyata keçirməyi düşünür.

Qol.az-ın İsveç mətbuatına istinadən yaydığı xəbərə görə, komanda "Erebru"un yarımmüdafiəçisi Erik Martin Broberq üçün təklif göndərib.

Ancaq bu təklif İsveç klubu tərəfindən müsbət qarşılanmayıb. Səbəb klubun "Qəbələ"nin təklif etdiyi məbləğdən iki qat artığını- 2-3 milyon kron (təqribən 250- 350 min dollar) istəməsidir.

"Erebru"nun idman direktoru Maqnus Skoldmark danışıqların detallarını barədə danışmaq istəməyib.

Qeyd edək ki, Erik Martin Broberq 2015-ci ilin yayından "Erebru"da çıxış edir.

Daha çox


Son xəbərlər