“Barselona”dan dünyanı təəccübləndirən 30 milyonluq transfer

“Barselona”dan dünyanı təəccübləndirən 30 milyonluq transfer
DÜNYA FUTBOLU 30 Avqust 2016 / 16:55 8914
-  A +

“Barselona” növbəti transferi rəsmiləşdirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İspaniya millisi və “Valensiya”nın hücumçusu Pako Alkaserlə 5 illik müqavilə imzalanıb.

23 yaşlı futbolçunun transferi üçün onun klubuna 30 milyon avro təzminat ödəniləcək. Bundan başqa, bu transferə görə “Barsa” futbolçusu Munir El Haddadiyi “Valensiya”ya icarəyə verib.

Qeyd edək ki, Messi, Suares və Neymar kimi hücumçuları olan "Barselona"nın daha bir hücumçu alması böyük maraq doğurub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı