"Qəbələ" "Dinamo"ya rəqib oldu

"Qəbələ" "Dinamo"ya rəqib oldu
XƏBƏR 30 Avqust 2016 / 16:43 4929
-  A +

Bu gün UEFA-nın Cenevrədəki qərargahında UEFA Gənclər Liqasının püşkü atılıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, püşkatmada 32 komanda iştirak edib. Onların sırasında Azərbaycandan “Qəbələ” klubu da olub.

Püşkün nəticəsinə əsasən, "Qəbələ" 1/32 finalda Moskva "Dinamo"su ilə qarşılaşacaq. İlk oyun sentyabrın 18-də, cavab matçı oktyabrın 19-da keçiriləcək.

Bu cütün qalibi növbəti mərhələdə "Makkabi" (Hayfa, İsrail) - "Şaxtyor" (Belarus) cütünün qalibi ilə görüşəcək.

Xatırladaq ki, 2013-2014 mövsümündən keçirilən UEFA Gənclər Liqasının ilk iki turnirində yalnız əsas komandası UEFA Çempionlar Liqasında çıxış edən klubların U-19 komandaları mübarizə aparıb. Ötən mövsümdən etibarən isə yarış yeni formatda keçirilir. Əsas komandası UEFA Çempionlar Liqasında oynayan klubların U-19 kollektivləri 8 qrupda qüvvəsini sınayır. Qaliblər 1/8 finala, qrup ikinciləri pley-offa yüksəlir. Gənclər arasında çempionu qrupda mübarizə aparmayanlar arasında UEFA reytinqində ən yüksək 32 pilləni tutanların təmsilçiləri isə olimpiya sistemi ilə iki mərhələdə qüvvəsini sınayır. “Qəbələ”nin də çıxış etdiyi “Çempionlar yolu”nun 8 qalibi gələn il baş tutacaq pley-offda qrup ikinciləri ilə görüşəcək və 1/8 finalçıları müəyyənləşdirəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord