"Fiorentina" onu geri istəyir

"Fiorentina" onu geri istəyir
DÜNYA FUTBOLU 30 Avqust 2016 / 13:27 3950
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Fiorentina" heyətini gücləndirməyi planlaşdırır.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə,  klub "İnter"in futbolçusu Stevan Yovatiçi transfer etmək istəyir. Bununla bağlı tərəflər arasında danışıqlar davam etdirilir. Klubların transferin maliyyə tərəfi barədə hələ yekun razılığa gələ bilmədiyi bildirilir.

Qeyd edək ki, S.Yovatiç 2008-2013-cü illərdə "Fiorentina"da çıxış edib.


Son xəbərlər