Futzal millisi ilə görüş (ŞƏKİLLƏR)

Futzal millisi ilə görüş (ŞƏKİLLƏR)
XƏBƏR 30 Avqust 2016 / 01:20 1755
-  A +

Bu gün Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev futzal üzrə Azərbaycan milli komandası ilə görüşüb.

Qol.az xəbər verir ki, görüşdə AFFA-nın vite-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov iştirak edib.

Rövnəq Abdullayev Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsində çıxış edəcək milli komandaya uğurlar arzulayıb.

Zaur Axundov millinin hazırlıq prosesi barədə ətraflı məlumat verib, komandanın mötəbər turnirdə uğurla çıxış edəcəyinə ümid etdiyini bildirib, yaradılmış şəraitə və dəstəyə görə AFFA-ya təşəkkür edib.








Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər