De Rossinin kapitanlığını aldılar

De Rossinin kapitanlığını aldılar
XƏBƏR 30 Avqust 2016 / 01:04 2969
-  A +

“Roma”nın baş məşqçisi Luçano Spaletti Daniele De Rossini cəzalandırıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Portu”ya qarşı oyundakı (0:3) zəif çıxışı səbəbindən De Rossi kapitanlıq sarğısından məhrum olub.

“Bu, De Rossi üçün çətin an idi. Lakin o, qərarla razılaşdı. Sarğıdan məhrum olması barədə əvvəlcə onun özünü, sonra komandanı məlumatlandırdım. Hər bir futbolçu səhvlərinə görə cəzasını çəkməlidir”, deyə Spaletti qeyd edib.

Qeyd edək ki, dünən “A” seriyasının ikinci turunda “Kalyari”yə qarşı oyunda “Roma”nı meydana Alessandro Florentsi kapitan kimi çıxarıb.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın