Qurban Qurbanov: “Qrupda hər komandaya qarşı inamla oynayacağıq”

Qurban Qurbanov: “Qrupda hər komandaya qarşı inamla oynayacağıq”
ÖLKƏ FUTBOLU 29 Avqust 2016 / 22:51 4548
-  A +

“Biz hər bir turnirə ciddi hazırlaşırıq. Digər yarışlar kimi Avroliqada da uğur qazanmağı hədəfləyirik”.


Qol.az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Avroliqada məqsədlərinin qrupdan çıxmaq olduğunu söyləyib:

“Cari mövsüm minimum qarşımıza qoyulan məqsəd Avroliqanın qrupuna düşmək idi. Şükürlər olsun ki, buna nail olduq. Son 2 ildə qrupdan çıxa bilərdik. Son tura qədər şans var idi. Bu dəfə də əlimizdən gələnin ən yaxşısı etməyə çalışacağıq. Hər mövsüm fərqli ölkələrin komandaları ilə qarşılaşırıq. Həm onların üslublarını öyrənirik, həm də təcrübə qazanırıq. Qrupda hər komandaya qarşı inamla oynayacağıq. Sonda çalışacağıq ki, növbəti mərhələyə yüksələk”.

Qurban Qurbanov Avroliqadakı digər təmsilçimiz “Qəbələ”nin də şanslarını dəyərləndirib:

 “Qrupda zəif rəqib olmur. Rəqiblər də “Qarabağ” və “Qəbələ” ilə oyunlarda qələbəni hədəfləyirlər. Bizim kimi “Qəbələ”nn də işi asan deyil. Biz “Sent Etyen”ə, “Anderlext”ə qarşı oynamışıq. Hansı çətinliklərlə üzləşdiyimizi bilirik. İstənilən halda, inanmaq lazımdı. Qriqorçuk ən yaxşısını etməyə çalıçacaq. Ardıcıl 2-ci ildi qrupa düşürlər. Çətindi, amma uğurlu nəticə gözləməliyik”.

Q.Qurbanov Respublika stadionunun təmirə bağlandığını vurğulayıb:

“Stadion məsələsi bu ildən bizə aiddir. Arenanı icarəyə götürmüşük. Artıq yeni mütəxəssislər cəlb olunub. 3 ildir ki, eyni halla üzləşirik. İlin bu vaxtında qazonu normal hala gətirmək mümkün olmur. Deməli, nəsə düz getmir. Yəqin ki, yeni cəlb olunan ingilis mütəxəssislər problemin səbəbini tapacaqlar”.

Daha çox


Son xəbərlər