“İclas çox maraqlı keçdi. Vacib məsələri müzakirə etdik. Çox sevindirici haldır ki, AFFA-da sərbəst müzakirələr gedir”.
Qol.az-ın futbolxeber.az saytının məlumatına görə, bu sözləri xarici işlər naziri, AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədayrov deyib.
AFFA İcriayyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlama verən Məmmədyarov klub səviyyəsində futbolumuzun inkişaf etdiyini bildirib: “Bu il 2 klubumuz yenə də Avroliqanın qrupa çıxıb. Əfsuslar olsun ki, Çempionlar Liqasında qrupa yüksəlmək mümkün olmadı. Amma buna imkan var idi. “Viktoriya” ilə oyuna mən də baxdım. 85-ci dəqiqədə qol buraxdıq. Klub səviyyəsində ölkəmizdə inkişaf gedir”.
Nazir millimizdən də uğurlu çıxış gözlədiyini qeyd edib: “Görək millimiz DÇ-2018-in seçmə mərhələsində necə çıxış edəcək. İlk matçımız səfərdə San Marinoya qarşıdı. Qələbə ilə seçmə mərhələyə start verəcəyimizə inanıram. Komanda ilə görüşəndə də bildirdik ki, millimiz 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında görmək istəyirik. Buna inanırıq. Komandada motivasiya da var. Olimpiadada 18 medal qazanan ölkə komanda şəklində də uğur qazanmalıdır”.
Elmar Məmmədyarov İcraiyyə Komitəsində adaptasiya ilə bağlı problem yaşamadığını bildirib: “Adaptasiya lazım deyil. Çünki Azərbaycanda hamı uşaq vaxtı futbol oynayıb. İndi də hərdən meydana çıxmaq istəyirəm. 56 yaşım var, bir qədər çətindi. Amma imkan olanda özüm də futbol oynayıram”.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"