"Qəbələ" Ukraynaya gedir

"Qəbələ" Ukraynaya gedir
XƏBƏR 29 Avqust 2016 / 18:06 3783
-  A +

“Qəbələ”nin Topaz Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıq planı dəqiqləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının pley-off mərhələsinin “Maribor”la (Sloveniya) keçirilən cavab oyunundan sonra istirahətə buraxılan futbolçular ayın 31-də bir araya gələcək.

“Qırmızı-qaralar” həmin gün təlim-məşq toplanışı üçün Ukraynaya yollanacaq. Odessa şəhərində hazırlıq keçəcək komanda sentyabrın 7-dək bu ölkədə qalacaq. Roman Qriqorçukun komandası toplanış müddətində “Çernoye More” otelində məskunlaşacaq. Hazırlıq prosesi çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılıb. Sentyabrın 4-də baş tutacaq qarşılaşmadakı rəqibin adı hələ dəqiqləşməyib.
 
“Qəbələ” təlim-məşq toplanışını tam heyətlə keçirməyəcək. Milli komandaların düşərgəsində olan futbolçular – Sergey Zenyov Estoniya, Nika Kvekveskiri Gürcüstan, Teo Uiks Liberiya yığmasının düşərgəsində olduğu üçün hazırlıqlarda iştirak edə bilməyəcək. Azərbaycan millisinin heyətində olan Məhəmməd Mirzəbəyov, həmçinin U-21 yığmasının toplanışına qatılan Elvin Camalovla Sadiq Quliyev də Ukrayna səfərində iştirak etməyəcək.

Xatırladaq ki, “qırmızı-qaralar” yığmaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk qarşılaşmasını sentyabrın 10-da keçirəcək. “Qəbələ” Topaz Premyer Liqasının IV turunda səfərdə “Neftçi” ilə görüşəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı