"Şadam ki, Azərbaycana gedəsi olmayacağıq” – "Ayaks"ın kapitanı

"Şadam ki, Azərbaycana gedəsi olmayacağıq” – "Ayaks"ın kapitanı
GÜNDƏM 29 Avqust 2016 / 14:58 9393
-  A +

"Şadam ki, Azərbaycan və Qazaxıstana gedəsi olmayacağıq". Qol.az-ın məlumatına görə, bunu Hollandiya "Ayaks"ının kapitanı Devi Klass klubun saytına açıqlamasında Avropa Liqasının püşkünü dəyərləndirərkən deyib.

Kapitan məsafə baxımından ölkəsində uzaq olan Azərbaycan və Qazaxıstana yollanmağın həm komanda, həm də azarkeşlər üçün çətin ola biləcəyini deyib.

O, yer aldıqları G qrupunu belə dəyərləndirib: "Ayaks"ın I səbətdə yerləşməsinə baxmayaraq, favorit olduğumuzu demək olmaz. Ötən il də bizi favorit adlandırırdılar, ancaq vaxtından əvvəl turnirlə vidalaşmalı olduq. Bütün komandalar güclüdür. Hər hansı nəticə haqda danışmaq çox tezdir".

Qeyd edək ki, "Ayaks" G qrupunda "Standart" (Belçika), "Selta" (İspaniya) və "Panatinaikos" (Yunanıstan) komandaları ilə mübarizə aparacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı