Əfsanəvi futbolçu meydana lüt girdi (Şəkillər)

Əfsanəvi futbolçu meydana lüt girdi (Şəkillər)
DÜNYA FUTBOLU 29 Avqust 2016 / 14:28 11971
-  A +

Danimarka millisinin tərkibində “Avro-1992”nin qalibi olan Lars Elstrup “Randers” və “Silkeborq” arasında ölkə çempionatının oyununda meydana lüt daxil olub.

Qol.az-ın xəbərinə görə, keçmiş futbolçu meydanda yoqa hərəkətləri etməyə başlayıb.

Daha sonra stadionun mühafizə xidmənin əməkdaşları onu meydandan kənarlaşdırıblar.

Qeyd edək ki, “Avro-1992”nin ulduzlarından olan Elstrup yarımfinalda Hollandiyaya penaltidən qol vurub. O, karyerasının yaxşı vaxtlarında gözlənilmədən futbolu ataraq buddizmə meyl etməyə başlayıb. Ağır günlər keçirən Elstrup sonra depressiyaya düşüb. O, hətta intihar etməyə də cəhd göstərib. Bir müddət sonra isə zorakılıq etdiyi üçün 2 ay müddətinə həbs olunub.

Danimarka mətbuatı yazır ki, Elstrup bir neçə dəfə küçədə lüt gəzdiyi üçün polis tərəfindən saxlanılıb.

“Randers” klubunun prezidenti Maykl Qravqaard bildirib ki, “bir zamanların əfsanəvi futbolçusu olan Elstrupu indi bu halda görmək çox üzücüzüdür”.
















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord