“Qəbələ”nin rəqiblərindən heç-heçə

“Qəbələ”nin rəqiblərindən heç-heçə
XƏBƏR 29 Avqust 2016 / 00:37 2063
-  A +

Avroliqanın qrup mərhələsində “Qəbələ”nin rəqibləri olan “Sent Etyen” və “Anderlext” ölkə çempionatında növbəti oyunlarına çıxıblar.

Qol.az-ın məlumatına görə, “Sent Etyen” Fransa çempionatının üçüncü turunda öz meydanında “Tuluza”nı qəbul edib. Matç qolsuz bərabərliklə tamamlanıb. 3 turdan sonra 4 xal toplayan “Sent Etyen” 10-cu pillədə qərarlaşıb.

“Anderlext” isə Belçika birinciliyinin beşinci turunda “Gent”lə üz-üzə gəlib. Matç 2:2 hesabı ilə başa çatıb. 9-cu xalının qazanan “Anderlext” 5 turdan sonra turnir cədvəlində beşincidir.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki