Bakı “İnter”i “Samtredia”ya qalib gəldi (ŞƏKİLLƏR)

Bakı “İnter”i “Samtredia”ya qalib gəldi (ŞƏKİLLƏR)
XƏBƏR 29 Avqust 2016 / 00:22 3182
-  A +

Gürcüstanda təlim-məşq toplanışında olan Bakı “İnter”i yoxlama oyunu keçirib.

Qol.az-ın məlumatına görə, “bankirlər” yerli “Samtredia” klubu ilə qarşılaşıb. Zaur Svanadze həmyerliləri ilə oyunda start heyətndə aşağıdakı futbolçulara şans verib:

Orxan Sadıqlı, Slavik Alxasov, Denis Silva Kruz, Adrian Skarlatake, İlkin Qırtımov, Mirhüseyn Seyidov, Elnur Abdullayev, Məmməd Quliyev, Mirsahib Abbasov, Samir Zərgərov, Rauf Əliyev.

Oyun “İnter”in 2:0 hesablı qələbəsi ilə tamamlanıb. Təmsilçimizə qələbə gətirən qolları Slavik Alxasov və Samir Zərgərov vurub.

Xatırladaq ki, Avroliqanın qrup mərhələsinə yüksələn "Qəbələ" ilk təsnifat mərhələsində məhz "Samtredia"nı mübarizədən kənarlaşdırıb.




















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər