"Zirə" yoxlama oyununda 4 qol vurdu

"Zirə" yoxlama oyununda 4 qol vurdu
XƏBƏR 28 Avqust 2016 / 00:40 2828
-  A +

Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən “Zirə” ilk yoxlama oyununu keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Adil Şükürovun komandası I dvizion təmsilçisi “Şərurspor”la  üz-üzə gəlib.

Milli komandalarda olan futbolçular  Elvin Məmmədov, Anar Nəzirov, Vüqar Mustafayev və Adil Nağıyev bu oyunda iştirak etməyib. Görüş “Zirə”nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Murad Səttarlı dubl edib, Tural Cəlilov və Vüsal İsgəndərli hərəyə bir dəfə fərqlənib.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı