“Qəbələ” Avroliqanın tarixinə düşdü

“Qəbələ” Avroliqanın tarixinə düşdü
ÖLKƏ FUTBOLU 27 Avqust 2016 / 15:10 9245
-  A +

UEFA Avropa Liqasının qrup mərhələsi ilə bağlı statistik yazı hazırlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, rekordçular arasında “Qəbələ”nin də adı var.

Ardıcıl iki ildir Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan Roman Qriqorçukun komandası ötən il olduğu kimi bu mövsüm də mübarizəyə I təsnifat mərhələsindən başlayıb.

Düzdür, Norveçin “Rosenburq” klubu da iki dəfə mübarizəyə I təsnifat mərhələsindən başlayaraq qrup mərhələsinə qədər irəliləməyi bacarıb. Lakin təmsilçimiz bu uğuru ardcılı iki il əldə etməklə rekord müəyyənləşdirib.

Xatırladaq ki, “Qəbələ” ötən mövsümdə “Dinamo” Gürcüstan (1:2, 2:0), “Çukariçki” Serbiya (0:1, 2:0), “Apollon” Kipr (1:1, 1:0), “Panatinaikos” Yunanıstan (0:0, 2:2), cari mövsümdə isə “Samtredia” Gürcüstan (5:1, 1:2), MTK Macarıstan (2:1, 2:0), “Lill” Fransa (1:1, 1:0) və “Maribor” Sloveniya (3:1, 0:1) ilə oyunlardan sonra mərhələ adlayıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki