Şahmat dünyasının tarixi eksponatları Bakıda nümayiş olunacaq

Şahmat dünyasının tarixi eksponatları Bakıda nümayiş olunacaq
XƏBƏR 27 Avqust 2016 / 11:08 1731
-  A +

1-14 sentyabr tarixində Bakı şəhərində keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Rusiya Federasiyasının Şahmat Muzeyi tərəfindən sərgi keçiriləcək.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Olimpiadanın tamaşaçılarına Kristal Zalda təşkil olunacaq sərgidə iştirak etmək üçün unikal imkan verilir. Bu sərgidə nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlardan vintaj plakatlar nümayiş olunacaq.

Sərgidə hind çaturanqa, iran satranc oyunu üçün dəst, Luis adasında morj dişindən düzəldilın şahmat dəsti, fil sümüyündən orta əsrlərə aid olan Kral I Çarlzın şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar sərgilənəcək.

Qeyd edək ki, 18 avqust 1956-ci il tarixində Moskva şəhərində Qoqol Bulvarında əsas Şahmat Mərkəzi açılmışdır. 24 il sonra isə Şahmat Mərkəzinin binasında dünyada ilk olan şahmat muzeyi açılmışdır. Muzey eksponatlarının bir hissəsini SSRİ-nın ən tanınmış şahmat kolleksionerı piterli Vyaçeslav Dombrovskinin kolleksiyası təşkil etdi. Kolleksiya 40 il ərzində yığılmışdır və yalnız şahmat dəstlərindən deyil, həmçinin rəsm, heykəl və plakatlardan ibarətdir.

Muzeyin birinci direktoru, sənətşünas Nataliya İvanova və şahmat tarixçisi, qrossmeyster Yuri Averbax tərəfindən «Şahmatniy vestnik» və «Şahmatı v Rossii» jurnallarında yazılan məqalələr ölkənin şahmat sevərlərini ən maraqlı eksponatlar ilə tanış edirdi.

Muzeyin kolleksiyasını nadır antikvar eksponatlar fərqləndirir. Misal üçün, muzeyin kolleksiyasında olan rus avanqardının nadir nümunəsi “Şimal heyvanları Cənub heyvanlarına qarşı” adlı farfor dəst hətta xüsusi incəsənət muzeylərində yoxdur. Blokadaya məruz qalan Leninqrad şahmat dəsti, birinci “Kosmos-Yer” matçı zamanı istifadə olunmuş şahmat dəsti kimi mənəvi dəyər daşıyan dəstlər də kolleksiyanın vacib hissəsidir.

Muzeyin qüruru sovet və rusiyalı şahmatçıların əldə etdiyi mükafatlardır- çünki, belə çoxsaylı mükafatlar dünyanın heç bir muzeyində mövcud deyil. Qonaqlar üçün ən cəlbedici eksponatlardan biri 1984-ci il Karpov-Kasparov matçı zamanı istifadə olunan masadır: bu günə kimi burada həmin bayraqları, saatları, şahmat hərəkətlərini qeyd etmək üçün blank və təxirə salınmış partiyalar üçün artıq istifadə edilməyən zərfi müşahidə etmək olar.

Lakin, muzey binasının kiçik və qəzalı vəziyyətdə olması sərgilərin baş tutmasına problem mane olmağa başladı. Nəhayət, 25 sentyabr 2014-cü il tarixində Muzeyin kolleksiyası ona layiq olan yenidən təmir olunan sərgi zallarına yerləşdirildi.






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər