Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Renatdan razıyam" - "Ayntraxt"ın yeni baş məşqçisi

Yazarlar
 Pul hanı?
Aydın BAĞIROV
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Səbail" - "Qarabağ" - Şəkillər
Top 5
"Qarabağ" qalib gəldi, "Kəpəz" yenə uduzdu
"Dino yaxşı futbolçudur, amma..." – Riçard Almeyda
"Müsəlmandırsa, "Quran"a and içsin ki, belə sözlər deməyib" - Qadze
"O təklifi 3-4 il əvvəl alsaydım, gedərdim" - Qara Qarayev
"Real"ın PSJ üzərində qələbəsi ədalətsizlikdir" - Xavi
Linklər
525ci Qəzet

’’Olimpiya üçüncüsü olmaq dünya çempionluğuna bərabərdir"
A A A

[27.08.2016]
’’Olimpiya üçüncüsü olmaq dünya çempionluğuna bərabərdir"
Avqustun 6-dan 21-nədək davam edən Rio-2016 31-ci Yay Olimpiya Oyunlarında komandamız tarix yazaraq rekord sayda -18 medalla  39-cu pillədə qərarlaşdı. Əlbəttə, bu uğurun qazanılmasında sərbəst güləş üzrə yığma komandamızın üzvlərinin də böyük payı oldu.

Güləşçilərimiz ümumilikdə beş medalla(2 bürünc, 3 gümüş) komanda hesabında birinci olmağı bacardılar. Öz çıxışını fəxri kürsünün üçüncü pilləsində başa vuran güləşçilərimizdən biri də 57 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev idi. Qazanılan uğurlar və bizi maraqlandıran bəzi suallarla bağlı idmançımızla görüşüb, onun fikirlərini öyrəndik.

- Hacı, əvvəla səni qazandığın nailiyyət münasibəti ilə təbrik edirik. Rio-2016-ya necə hazırlaşırdın?

- Çox sağ olun. Uzun müddətdir ki, heç birimiz ev üzü görmürdük, müxtəlif ölkələrdə təlim-məşq toplanışları keçir,  böyük səylə Olimpiya Oyunlarına hazırlaşırdıq. Şükürlər olsun ki, çəkilən əziyyətlər öz bəhrəsini verdi. Əlbəttə, nailiyyətlərin qazanılmasında məşqçilərimizin zəhmətləri də danılmazdır.

- Yarışa yollanmamışdan əvvəl özündən hansı nəticəni gözləyirdin?

- Sözsüz ki, çempion olmağı istəyirdim və bunun  uğrunda çalışırdım. Amma bürünc medal da pis nəticə deyil. Fikrimcə, olimpiadanın hər bir medalı çox böyük nailiyyətdir. İndiyədək iki dəfə dünya çempionu olmuşam. Olimpiada üçüncüsü olmağımı da həmin nəticələrə bərabər tuturam.

- İstənilən yarışda psixoloji baryeri keçmək ən mühüm amildir. Bu, sənin üçün çətin olmadı ki?

- Fikrinizlə tam razıyam. Psixoloji hazırlıq qələbənin yarısı deməkdir. İndiyədək bir çox nüfuzlu yarışlarda iştirak etmişəm. Amma olimpiada həyəcanı tamam başqa cürdür. Ona görə bu dəfə psixoloji cəhətdən özümü hazırlayır, qələbəyə inanırdım. Mütəmadi olaraq özümə xatırladırdım ki, Riodakı heç bir rəqib məndən güclü deyil.

- Yarımfinala kimi çox inamla irəliləyirdin. Son görüşündən qalib ayrıla bilməmənə səbəb nə oldu?

- Əsas səbəb çəkimi aşağı salmağım  oldu. Olimpiadaya yaxın 12 kiloqrama yaxın çəki  salmışdım ki, bu da mənə mane olan amillərdən biri idi. Eyni zamanda deyə bilərəm ki, yarımfinalda şans da üzümə gülmədi.

- Belə yarışlarda bəzi hallarda idmançılar hakim haqsızlığı ilə üzləşdiklərini söyləyirlər. Sən belə neqativ hallarla rastlaşmadın ki?

- Yarımfinalda, gürcü rəqibimlə görüşdə, bəlkə də, hakimlərin yanlış qərarları mənə finala getməyə mane oldu. Amma bunu elə də böyütmək lazım deyil. Komanda yoldaşlarımın da görüşlərin də ədalət qoruyucularının haqsızlıqları oldu. Ümumiyyətlə, bu Olimpiya Oyunlarında səhv qərarlar çox oldu.

- Bildiyin kimi, sərbəst güləş üzrə yığma komandamız komanda hesabında birinci yerə çıxdı. Sən bu nailiyyəti necə qiymətləndirirsən?

- Bu, çox böyük nailiyyətdir. Təkcə mənim, idmançılarımızın yox, bütün komandamızın uğurudur. Çox sevindiricidir ki, biz belə bir tarixi müvəffəqiyyətə imza atdıq.

- Komanda yoldaşlarının da çıxışlarından razı qaldınmı? Onlardan hansı nəticələri gözləyirdin?
 
- Əlbəttə, çox razı qaldım. Biz birlikdə komanda hesabında birinci olmağa müvəffəq olduq. Bu nəticə bizim hər birimizin uğurlu nəticə qazanmasından xəbər verir. Gümüş mükafatçılarımız Toğrul və Xetaq çempion ola bilərdilər. Amma deməli, qismət belə imiş. Üç bürünc, iki gümüş medal qazandıq. Bütün mükafatçı güləşçilərimizi təbrik edirəm. Onların hər biri çox böyük nəticələrlə çıxışlarını başa vurdular.

- Ölkəmiz ümumilikdə 18 medalla 39-cu yerdə qərarlaşdı. Bu böyük uğurdur...

- Dörd il əvvəl Londonda keçirilən Olimpiya Oyunlarında 10 medal qazanmışdıq. Bu dəfə düz 8 medal çox əldə etmişik. Bu, zarafat deyil, çox böyük nailiyyətdir. Cənab prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının göstəricisidir. Bu uğur hamımızın qələbəsidir. Qazandığımız nailiyyət münasibəti ilə bütün xalqımızı təbrik edirəm.

- Rio-2016-dakı nəticən yəqin ki, indiyə kimi qazandığın ən böyük uğur idi. Bürünc mükafatçı olduğunu bildiyin an hansı hissləri keçirdin?

- İkı dəfə dünya çempionu olmuşam. Amma bəlkə də, Olimpiya üçüncüsü olmaq mənim üçün daha böyük uğurdur. Hələ uşaqlıqdan, güləşlə məşğul olduğum ilk  vaxtlardan Avropa, dünya və Olimpiya mükafatçısı olmağı arzulayırdım. Şükürlər olsun ki, hədəflərimə çatmışam, əziyyətlərim yerdə qalmayıb. Buna görə özümü çox şanslı hesab edirəm. Rioda bürünc mükafatçısı olduğum bildiyim an çox sevinmişdim. Yəqin ki, çempion olsaydım sevincim yerə-göyə sığmazdı(gülür). İnanıram ki, nə vaxtsa o hissi də keçirəcəm.

- Son olaraq qarşıdakı planlar haqda məlumat verərdin.

- Qarşıdan 61 və 70 kq çəki dərəcələrində mübarizə aparan güləşçilərin dünya çempionatı gəlir. Amma mən çəki saldığıma görə bu yarışda iştirak etməyəcəm. Çünki istirahətə ehtiyacım var. Olimpiadanın yorğunluğu çıxandan sonra bütün diqqətimi 2017-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunlarına yönəldəcəm. İslam Oyunlarında  bizi çox çətin sınaq gözləyir. Buna baxmayaraq inanıram ki, həmin yarışda xalqımızı sevindirməyi bacaracam.

Kənan NOVRUZOV
3550 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
28.11.2016  11:16 "Qarabağ"ın rəqibindən heç-heçə
13.10.2016  22:01 "Qəbələ": 12 oyundan 11-də qələbə
18.09.2016  12:30 Paralimpiya Oyunlarında 11-ci medalı qazandıq
18.09.2016  10:20 Azərbaycandan 10-cu medal – paralimpiada
12.09.2016  18:42 Paralimpiya Oyunlarında 6-cı medalı qazandıq
11.09.2016  11:56 İlham Zəkiyev medal qazana bilmədi
10.09.2016  00:50 Rioda 3-cü medalı qazadıq
10.09.2016  00:01 Paralimpiyaçılarımızdan ilk - qızıl medal
09.09.2016  01:09 İlk medalımızı o qazandı - Paralimpiya Oyunları
28.08.2016  19:00 Riodan medalsız qayıdan idmançılar həbs edildi
27.08.2016  18:15 Demyanenko: “Mənim üçün maksimum nəticə qızıl medal olardı”
24.08.2016  14:56 Cəbrayıl Həsənov: "Hakim haqsızlığı ilə üzləşdim"
24.08.2016  02:19 Toğrul Əsgərov: “Hər bir medal qiymətlidir”
24.08.2016  01:03 Olimpiya çempionumuz: “Bütün döyüşlər gərgin keçdi”
24.08.2016  00:48 Olimpiyaçılarımız Bakıda təntənə ilə qarşılandı (ŞƏKİLLƏR)
24.08.2016  00:01 Teymur Məmmədov: "Taktikanı düzgün qurmadım"
22.08.2016  10:33 Rio-2016: yekun medal sıralaması
22.08.2016  01:20 Xetaq Qazyumov: "Rəqib məndən güclü idi”
22.08.2016  00:48 Toğrul Əsgərov: "Hər şey bir anda baş verdi”
22.08.2016  00:12 Sotomayor: "Hakimlər mənə haqsızlıq etdilər”
 
 
  20.02.18
02:10
  "Mançester Siti" aşağı liqa klubuna uduzub, kubokla vidalaşdı
01:45
  İtaliya A Seriyasında 25-ci turun nəticələri
01:15
  “Beşiktaş”ın uğur sirri baş məşqçisindədir" - Haynkes
00:40
  "Bavariya" "Beşiktaş"a, "Barselona" "Çelsi"yə qarşı - Yenilənir
00:01
  Droqbanın oğlu Fransa klubunda
  19.02.18
23:11
  "Volfsburq"un baş məşqçisi istefa verdi
23:00
  Millimizin üzvü ehtiyatda qaldı, komandası qalib gəldi
22:25
  PSJ 3 xal, "Monako" 180 milyon avro qazandı
21:42
  "Arsenal"a 200 milyon funt sterlinq qazandıran müqavilə
21:08
  "Traktor Sazi"dən ÇL-də növbəti məğlubiyyət
20:30
  Rövlan debüt etdi, Fərid qol vurdu - Çexiyada
19:59
  "Beşiktaş" Almaniyaya 22 futbolçu ilə getdi - siyahı
19:19
  "Renatdan razıyam" - "Ayntraxt"ın yeni baş məşqçisi
18:45
  Ançelotti İngiltərədə işləmək istəyir
18:17
  "Bavariya" - "Beşiktaş": hakim təyinatları açıqlandı
17:53
  İquain zədələndi
17:31
  Ağabala dubl etdi, "Qarabağ" qalib gəldi - əvəzedicilər
17:05
  Hazard söz-söhbətə son qoydu: "Məni hər şey qane edir"
16:28
  "Qəbələdə məni heç kim döyməyib" - Ayxan Abbasov
16:19
  6000-ci qolu Asensio vurdu
15:50
  Ronaldonun rəhbərlikdən istəyi: "Keyni transfer edin"
15:30
  Amit Quluzadə Kosovoda debüt etdi
14:59
  “Qurban küsəyəndi, aylarla zəng eləmir” – Ramin Musayev
14:52
  Araz Abdullayev boş qapıya qol vura bilmədi - Video
14:30
  "Bavariya"nı keçə bilərik" - Şenol Günəş
14:00
  "Qadzenin sözlərinə görə şokdayam" - Ruslan Qurbanov
13:44
  9 futbolçu "qırmızı" aldı, oyun dayandırıldı
13:23
  Etopaz-da günün canlı oyunları
12:58
  "Mançester Yunayted"də 4 zədəli - "Sevilya"ya qarşı oynamayacaqlar
12:35
  300-cü qol və Maksimovun ilk qələbəsi
12:20
  "Zədəm ciddi deyil" - Miçel
12:12
  Azərbaycan çempionatlarında ilk uqandalı
11:40
  "O təklifi 3-4 il əvvəl alsaydım, gedərdim" - Qara Qarayev
11:05
  Yenə “Qarabağ”, yenə Mədətov
10:35
  "Milan"ın qələbəsi - Video
10:10
  Millimizə 27 futbolçu çağırıldı
02:30
  "Kəpəz" - "Keşlə" - Şəkillər
02:00
  "Real" səfərdən 3 xalla qayıdır - Video
01:50
  "Borussiya"ların oyununda 1 qol - Video
01:28
  "Qalatasaray" liderliyi əldən verdi, "Başakşəhər"dən qələbə
01:13
  "Napoli" liderliyi qorudu - Video
00:47
  Dortmund "Borussiya"sı uddu, "Auqsburq" uduzdu
00:30
  "Səbail" - "Qarabağ" - Şəkillər
00:15
  "Atletiko"dan qələbə - Video
00:01
  "Qarabağ" məni təəccübləndirmədi" - Yevgeni Koçuk
  18.02.18
22:20
  “Mənim üçün azarkeş sayı önəmli deyil” – “Səbail”in yeni transferi
21:50
  "Dino yaxşı futbolçudur, amma..." – Riçard Almeyda
21:05
  Turin derbisini "Yuventus" qazandı - Video
20:31
  "Qarabağ"ın səfər qələbəsi - Video
20:10
  "Qarabağ”ın imkan verdiyi qədər oynadıq" - Samir Əliyev
19:58
  "Nadir hallarda belə oyun izləyirik" - Qurban Qurbanov
19:41
  Arazın komandasından darmadağın
19:28
  "Qarabağ" qalib gəldi, "Kəpəz" yenə uduzdu
19:19
  "Kəpəz"in ardıcıl 6-cı məğlubiyyəti - Video
18:55
  "Qəbələ"dən qələbə, "Neftçi" uduzdu - əvəzedicilər
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore